Daha 6 qazi sağalaraq Vətənə geri döndü - FOTOLAR

  22 İyul 2021    Oxunub :646
 Daha 6 qazi sağalaraq Vətənə geri döndü -    FOTOLAR
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz sağalaraq Vətənə geri dönüb.
Bu barədə Azvision.az -a "YAŞAT" Fondundan məlumat verilib. Vətənə qayıdan qazilərimiz:

1. Quliyev Adil Şahbaz oğlu

2. Əliyev Ruslan Mustafa oğlu

3. İlkin Rüstəmli Elçin oğlu

4. Əliyev Qismət Nəsib oğlu

5. Ağaşov Qulu Rövşən oğlu

6. Vəçhiyev Çingiz Məmməd oğlu


Məlumatda qeyd edilib ki, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.



"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 62 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Allah qazilərimizə şəfa versin!

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.













Azvision.az

Teqlər: YAŞAT   Qazi   Türkiyə  







Xəbər lenti