Bundan başqa, məhkəmənin işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilməsinə dair müddəalar məcəlləyə əlavə edilib.
Qeyd olunanlardan əlavə, bəzi prosessual müddətlərdə dəyişikliklər edilmiş, mülki işlər üzrə kiçik iddialara aid edilməklə sadələşdirilmiş icraat nəzərdə tutulan iddiaların qiyməti 2000 manatdan 5000 manatadək qaldırılıb, bununla da qiyməti 5000 manatdan az olan iddialar kiçik iddialar hesab edilib.
Qanunun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


