"Azad edilmiş ərazilərdə görülən işləri xalq bəyənir" - Ölkə başçısı
“Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq”, - deyən dövlətimizin başçısı qeyd edib ki, bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib.
Mina xəritələrinin Azərbaycana verilməməsinin və bunun hansısa şərtlərlə verilməsinin Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıq, mənəviyyatsızlıq, vicdansızlıq olduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, bu, normal insani davranışa zidd olan yanaşmadır. “Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur. Müharibə qurtarıb, biz qalib gəlmişik. Ermənistan məğlub olub, bu məğlubiyyətlə barışıb, barışmalı olub, məcbur etdik. İndi mina xəritələrini verməməsi nə məqsəd güdür? Daha çox azərbaycanlılar həlak olsun, daha çox insanlar əlil olsunlar. Bu, düşmənçilik deyil, nədir? Bu, bir daha onların xislətini göstərir”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.
Azvision.az
Teqlər: Prezident







Vaxtında, Aydın, Lazımlı!


