Azərbaycanda 212 nəfər koronavirusa yoluxub

   Azərbaycanda 212 nəfər koronavirusa yoluxub
  22 İyul 2021    Oxunub:1124
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 212 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb .
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bu gün koronavirusdan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 629 nəfər müalicə olunaraq sağalıb, 4 999 nəfər vəfat edib. 2 646 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7655, bu günə qədər isə ümumilikdə 3 943 568 test icra olunub.


Azvision.az


Teqlər: Koronavirus  



Xəbər lenti