"Media haqqında" qanun layihəsi yekunlaşmaq üzrədir

"Media haqqında" qanun  layihəsi yekunlaşmaq üzrədir
  22 İyul 2021    Oxunub:786
“Media haqqında” qanun layihəsinin mətni  artıq yekunlaşmaq üzrədir. Bu bitdikdən sonra layihə ictimaiyyətə açıqlanacaq və aidiyyəti üzrə təqdim olunacaq".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bunu jurnalistlərə açıqlamasında deyib.

Media rəhbəri Azərbaycanla digər ölkələr arasında beynəlxalq media platformalarının yaradılmasının əhəmiyyətindən danışıb:

"Artıq Azərbaycan və Türkiyə arasında belə platformanın icrası tərəfimizdən təmin edilməkdədir. Belə media platformalarının sayının artırılması gələcəkdə Azərbaycan mediasının qüvvətlənməsi və Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılmasına köməklik göstərəcək”.

Azvision.az


Teqlər: Media  





Xəbər lenti