Azərbaycan millisinin Tokioda 5-ci keçidi - FOTOLAR

   Azərbaycan millisinin Tokioda 5-ci keçidi -    FOTOLAR
  23 İyul 2021    Oxunub:884
Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlayıb.
Azvision.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayan mərasimdə Azərbaycan millisi paradda 5-ci keçib.

Ümtəngli bayrağımızı cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb. Paradda bayraqdarlarımızı yığmamızın şef-de-missionu olan Gənclər və İdman Nazirliyinin idman müdiri Fərid Mansurovla yanaşı, 24 nəfərlik nümayəndə heyəti müşayiət edib.

Qeyd edək ki, COVID pandemiyası səbəbindən bir il sonra baş tutan Tokio-2020-nin açılış mərasimi azarkeşsiz keçirilib. Yaponiya Milli Stadionunda təşkil edilən tədbirə idmançılardan başqa ümumilikdə 950 rəsmi şəxs buraxılıb. Paradda pandemiya ilə bağlı tibbi maskalardan istifadə olunub və sosial məsafəyə riayət edilib.

Tokio olimpiadasında Azərbaycanı ümumilikdə 44 idmançı təmsil edəcək. Lisenziyaların 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində qazanılıb.

Olimpiada avqustun 8-dək davam edəcək.





Azvision.az



Teqlər: Tokio-2020  





Xəbər lenti