Xırdalanda sexdə baş verən yanğın söndürülüb- YENİLƏNİB

  23 İyul 2021    Oxunub :616
Xırdalanda sexdə baş verən yanğın söndürülüb-  YENİLƏNİB
Xırdalanda sexdə baş vermiş yanğın söndürülüb.
Azvision.az- ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər nəticəsində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən sexdə baş vermiş yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddət ərzində söndürülüb.

Əlavə məlumat veriləcək.
***
19:00
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub.

Azvision.az FHN-in saytına istinadən verdiyi xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın ümumi sahəsi təqribən 250 m² olan sexdə baş verib. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az

Teqlər: Yanğın  







Xəbər lenti