Ermənilərin minaladığı ərazidə yanğın olub - VİDEO

  24 İyul 2021    Oxunub :428
Ermənilərin minaladığı ərazidə yanğın olub -    VİDEO
Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a məlumat verilib. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında dərhal FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.




Azvision.az

Teqlər: FHN  







Xəbər lenti