Zaqatalada keçmiş məhkumdan “patı” götürülüb

Zaqatalada keçmiş məhkumdan “patı” götürülüb
  25 İyul 2021    Oxunub:595
Zaqatalada psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı üzərində metamfetamin (“patı”) daşımaqda şübhəli bilinən rayonun Əliabad qəsəbə sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkumluq həyatı yaşayan Elgüc Ağaməmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.





Azvision.az



Teqlər: Zaqatala  





Xəbər lenti