Mustafa Şentop sabah Azərbaycana gələcək

   Mustafa Şentop sabah Azərbaycana gələcək
  25 İyul 2021    Oxunub:790
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sabah Azərbaycana səfər edəcək.
Azvision.az "Anadolu" İnformasiya Agentliyinə istinadən xəbər verir ki, M. Şentop Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Bakıda keçirilən ilk toplantısına qatılacaq. 27 iyulda keçiriləcək görüşdə Bakı Bəyannaməsinin imzalanma mərasimi olacaq.

Toplantıdan əvvəl parlament sədrləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək. M.Şentop Bakıda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Bakı Türk şəhidliyini də ziyarət edəcək.

TBMM sədrinin İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü də nəzərdə tutulub.

M.Şentopun türk iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edəcəyi, Şuşa və Füzuli şəhərlərinə səfər etdikdən sonra iyulun 29-a Türkiyəyə dönəcəyi bildirilib.

Azvision.az


Teqlər: MustafaŞentop  





Xəbər lenti