Çində anbarda yanğın - 14 ölü

Çində anbarda yanğın -   14 ölü
  25 İyul 2021    Oxunub:1191
Çinin şimal-şərqində yerləşən Tsilin əyalətinin paytaxtı Çançun şəhərində anbarlarlardan birində yanğın baş verib. Hadisə nəticəsində 14 nəfər ölüb, 26 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Sinxua Xəbər Agentliyi məlumat yayıb. Yanğın yüksək texnoloji sənaye zonasının logistika mərkəzində baş verib. Yaralılardan 12 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hökumət hadisənin səbəblərini araşdırır.

Azvision.az




Teqlər: Yanğın   Çin  





Xəbər lenti