Türkiyə ordusu qisas aldı- 7 terrorçu məhv edildi

Türkiyə ordusu qisas aldı-    7 terrorçu məhv edildi
  25 İyul 2021    Oxunub:704
Suriyanın şimalında ən azı yeddi terrorçu öldürülüb.
Bu barədə bazar günü Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, Türkiyə ordusu "Fərat Qalxanı" əməliyyatı zonasında iki əsgərinin ölümünə görə cavab tədbiri görüb.

“Türkiyə Silahlı Qüvvələrinin təsirli zərbələri sayəsində ilkin məlumatlara görə, yeddi terrorçu məhv edilib. Silahlılar cinayət əməllərinə görə layiqincə cəzalandırılırlar",-deyə nazirliyin məlumatında qeyd edilir.

Suriyadakı terror hədəflərinə qarşı əməliyyatlar və zərbələr davam edir.

Azvision.az



Teqlər: Suriya   terror  





Xəbər lenti