Daha bir idmançımız mübarizəni dayandırdı - Tokio-2020

Daha bir idmançımız mübarizəni dayandırdı -    Tokio-2020
  25 İyul 2021    Oxunub:941
Tokio-2020-də idman gimnastikasında mübarizə davam edir.
Azvision.az xəbər verir ki, bu gün qadınların yarışında təmsilçimiz Marina Nekrasova mübarizəyə qoşulub.

26 yaşlı idmançı fərdi çoxnövçülükdə 4 hərəkətin cəmində 48.232 bal toplayaraq, 68 iştirakçı arasında 55-ci yeri tutub. Finala yüksəlmək üçün isə ilk 24-lüyə düşmək lazım idi.

O, müxtəlif hündürlüklü qollarda 10,833 bal, dayaqla tullanmada 13,133 bal, gimnastika tirində 12,666 bal, xalça üzərində sərbəst hərəkətlərdə 12.000 bal yığıb.

Nekrasova ayrı-ayrı hərəkətlərdə də ilk 8-liyə düşmədiyi üçün finala çıxmağı bacarmayıb.

Qeyd edək ki, daha əvvəl kişi idman gimnastı İvan Tixonov 80.298 xalla 45-ci yeri tutub. Beləliklə, Tokio-2020-yə yollanan Azərbaycanın hər iki idman gimnastı mübarizəni dayandırıb.

Azvision.az



Teqlər: Tokio-2020  





Xəbər lenti