Cəbrayıl polisi karantin qaydalarını pozanları cərimələyib

Cəbrayıl polisi karantin qaydalarını pozanları cərimələyib
  25 İyul 2021    Oxunub:873
Cəbrayıl Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, yoxlamalar zamanı Biləsuvar rayonu ərazisində salınmış Cəbrayıl şəhərciyində keçirilən 3 toy məclisində karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb, 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Azvision.az



Teqlər:





Xəbər lenti