Son sutkada 46 mindən çox insan peyvənd olunub

Son sutkada 46 mindən çox insan peyvənd olunub
  25 İyul 2021    Oxunub:819
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 46 910 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 061, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 849 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 563 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 654 076, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 909 821 təşkil edir.

Azvision.az



Teqlər: Vaksin  





Xəbər lenti