Ermənilər Kəlbəcəri atəşə tutub

      Ermənilər Kəlbəcəri atəşə tutub
  25 İyul 2021    Oxunub:1195
İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az - a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Azvision.az



Teqlər: Kəlbəcər   atəş  





Xəbər lenti