"İrəvanın təcavüzkar siyasəti Ermənistanı yeni problemlərlə üz-üzə qoyacaq" - Ömer Çelik

   "İrəvanın təcavüzkar siyasəti Ermənistanı yeni problemlərlə üz-üzə qoyacaq" -    Ömer Çelik
  25 İyul 2021    Oxunub:992
Türkiyənin hakim partiyası Ermənistanı ölkəsini bölgədə provokasiya etməyə təşviq edən dairələrin rəhbərliyinə tabe olmamağa çağırıb.

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi, sədr müavini Ömer Çelik, İrəvanın təcavüzkar siyasətinin bu ölkəyə heç bir fayda gətirməyəcəyini bildirib.
"Ermənistan özünü aldatmaqla məşğul olmamalı və onu Azərbaycanın Kəlbəcər bölgəsi istiqamətində baş verənlərə bənzər təxribatlara təşviq edən dairələrin ritorikasına uymamalıdır",- deyə Çelik Twitter-də yazıb.

AKP sədrinin müavini, bir gün əvvəl iki ölkənin sərhədində Azərbaycan əsgərinin ölümünə səbəb olan Ermənistan Silahlı Qüvvələrinin hərəkətlərini kəskin şəkildə qınayıb.

“İrəvanın təcavüzkar siyasəti bölgədəki sülh üçün bir təhdiddir. Nəticələrə görə məsuliyyəti də İrəvanı bu cür hərəkətlərə vadar edən qüvvələr daşıyır. Müvafiq cavab verildikdə bu qüvvələr qətiliklə Ermənistanı dəstəkləməyəcəklər. Ermənistandakı vəziyyət daha da pisləşəcək”.

ÇelikTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgə ölkələri arasında dialoq və əməkdaşlıq mexanizmi yaratmaq təşəbbüsünü xatırladıb.

“Ermənistan təcavüzkar hərəkətlərdən imtina edərsə, bu mexanizmin bir hissəsi ola bilər. İrəvan bu tarixi şansı itirməməli və Türkiyə və Azərbaycan liderlərinin çağırışlarını hərtərəfli qiymətləndirməlidir. Əks təqdirdə, bu ölkə yeni problemlərlə qarşılaşacaq. Ermənistan regional sülhü poza bilməz. Buna icazə verilməyəcək ”.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti