Samuxda COVİD-19 pasportuna görə 20 nəfər toya buraxılmadı

Samuxda COVİD-19 pasportuna görə 20 nəfər toya buraxılmadı
  25 İyul 2021    Oxunub:1296
Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Alıuşağı, Sərkar və Ziyadlı kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az - a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.
Bundan başqa rayon ərazisində fəliyyət göstərən “Sərin” şadlıq sarayında keçirilən toy mərasiminə olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVİD-19 pasportu olmayan 20 nəfər restorana buraxılmayıb.





Azvision.az



Teqlər: Samux  





Xəbər lenti