Daşkəsəndə toyda qətl törədən şəxs saxlanılıb

Daşkəsəndə toyda qətl törədən şəxs saxlanılıb
  25 İyul 2021    Oxunub:909
Daşkəsəndə toyda qətl törədən şəxs rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Azvision.az xəbər verir ki, həmin şəxs 1997-ci il təvəllüdlü Tağıyev Şakir Şükür oğludur.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, hadisə rayonda "Köhnə stadion" adlanan ərazidə keçirilən toy məclisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Alaxançalı kənd sakini 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu toyda tanışı tərəfindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Azvision.az






Azvision.az



Teqlər: Daşkəsən   Qətl  





Xəbər lenti