BMT-nin Cenevrədəki bölməsinə yeni daimi nümayəndəmiz təyin edildi

   BMT-nin Cenevrədəki bölməsinə yeni daimi nümayəndəmiz təyin edildi
  26 İyul 2021    Oxunub:943
Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.
Azvision.az -ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.


Azvision.az


Teqlər: BMT  





Xəbər lenti