444 cinayət işi məhkəmələrə göndərilib

  27 İyul 2021    Oxunub :407
444 cinayət işi məhkəmələrə göndərilib
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. ​
Baş Prokurorluğun Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, bu günün rəqəmi 444-dür. Qeyd olunub ki, ​2021-ci ilin I yarımili ərzində prokurorluq orqanları tərəfindən istintaqı aparılmış 444 cinayət işinin ittiham aktı ilə məhkəmələrə göndərilməsi təmin edilib.

"​Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur", - deyə Baş Prokurorluğun məlumatında bildirilib.

Azvision.az

Teqlər: Məhkəmə  







Xəbər lenti