“Patı” alverçilərində qumbara aşkarlanıb

  27 İyul 2021    Oxunub :364
“Patı” alverçilərində qumbara aşkarlanıb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi , alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Çayarxı kənd sakini Xəyal Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin (“patı”) və üzərində daşıdığı sellofan torbadan 1 ədəd “F-1” əl qumbarası aşkarlanaraq götürülüb.

Keçirilən daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə saxlanılan əvvəllər məhkum olunmuş Elvin Qafurovdan metamfetamin aşkarlanıb. Araşdırma zamanı bir neçə gün öncə keçirilən əməliyyat tədbirləri ilə tutulan, üzərindən heroin və metamfetamin aşkarlanan Kamil Qəndəliyevə narkotik vasitəni satan şəxsin E.Qafurov olduğu müəyyən edilib.

Faktlarla bağlı Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN  







Xəbər lenti