Peyvənd olunanların sayı açıqlanıb

  27 İyul 2021    Oxunub :376
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 020 vaksin vurulub.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 801 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 632 349, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 686 492, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 945 857 təşkil edir.

Azvision.az

Teqlər: Peyvənd  







Xəbər lenti