“YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb

  27 İyul 2021    Oxunub :495
“YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin ikinci həftəsinə start verilib.
İlkin olaraq açılış mərasimi, komanda ilə tanışlıq və əyləncəli musiqi saatı təşkil olunub.

Düşərgənin ikinci gününə səhər idmanı ilə start verilib. Ardından isə psixoloqlarla görüş və əyləncə saatı həyata keçirilib.

Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Düşərgənin ikinci həftəsi də şəhidlərimizin 8-11 yaş kateqoriyasında olan övladlarını əhatə edir.



Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim ediləcəkdir.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgə dən sonra müalicə prosesinə cəlb olunacaqlar.

2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.



Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları “Lankaran springs” otel, “PMD Hospitality”dir.

Sponsorlar: “Elektron Hökumətin İnkişafı Mərkəzi”, “İnnovasiyalar Mərkəzi”, “PAŞA Həyat”, “Bravo”, “Nar”, “Gazelli Group”, “Rabitəbank”, “Turanbank”, “Decoria”, “Port of Baku”, “AMO Group”, “Slavyanka”, “Azərsun”, “Shokki Mokki”, “Mango”, “Next”, “Ali Nino”, “Oven”, “Civil”, “Happy day cake”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası(AFFA), “Gənc Psixoloqlar” İctimai Birliyi

Logistika dəstəyi: Bakı Nəqliyyat Agentliyi









Azvision.az

Teqlər: “YAŞAT”  







Xəbər lenti