Kəndlərdə 11 mindən çox nikahsız uşaq doğulub

 Kəndlərdə 11 mindən çox nikahsız uşaq doğulub
  28 İyul 2021    Oxunub:2416
2020-ci ildə Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar 17 714 uşaq dünyaya gətiriblər.

Dövlət Statistika Komitəsindən Azvision.az -ın bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, nikahdankənar doğulan uşaqların 6667 nəfəri şəhər yerlərində, 11047 nəfəri kənd yerlərində dünyaya gəlib.
Həmin uşaqların diri doğulanların ümumi sayına nisbəti 14 faiz olub.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda rәsmi qeydә alınmamış nikahda olan qadınlar 21 453 uşaq dünyaya gətirmişdilər.

Aytən Zəhra
Azvision.az




Teqlər: Uşaq  





Xəbər lenti