Tələbə kreditlərinin qaytarılması şərtləri açıqlandı

  28 İyul 2021    Oxunub :450
Tələbə kreditlərinin qaytarılması şərtləri açıqlandı
"Tələbə bakalavr müddətində magistraturaya əyani və ödənişli daxil olduqda, kredit aldığı dövrdə həqiqi hərbi xidmətə yollanarsa ona möhlət veriləcək və kredit hesablanmayacaq".
Azvision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev tələbə kreditlərinin qaytarılması şərtlərini açıqlayarkən deyib. O bildirib ki, tələbələrə verilən təhsil kreditlərinin qaytarılma müddəti 10 ildir.

"Təhsil kreditin qaytarılması dövründə tələbə yüksək əyani təhsil almaq istəsə bu zaman ona möhlət veriləcək. Tələbə krediti zamanı hamilə qadınlara da güzəştlər olacaq. Tələbə xanım uşaq dünyaya gətiribsə, hamiləliyə görə 156 gün məzuniyyət dövründə və 3 ilədək körpəyə qulluq dövründə kredit tələb olunmayacaq və faiz hesablanmayacaq. Eyni zamanda, məhkumluq olacaqsa, həmin vaxtda kredit tələb olunmayacaq”.

Nazir qeyd edib ki, tələbə kreditləri sığortalanacaq.

“Müqavilə bağlanan zaman sığorta müqaviləsi bağlanacaq. Bu, ölüm və əmək qabiliyyətinin tam və qismən itilməsi ilə bağlıdır. Kreditin verilməsi elekton qaydada olacaq”.

Azvision.az

Teqlər: Tələbə   Kredit  







Xəbər lenti