Müəllimliyə üç min namizəd yenidən imtahan verəcək

 Müəllimliyə üç min namizəd yenidən imtahan verəcək
  29 İyul 2021    Oxunub:1610
Bu günə qədər 3 minə yaxın müəllimliyə namizəd şəxs işə qəbulla bağlı təkrar imtahanda iştirak etmək üçün müraciət edib.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. O bildirib ki, 30 iyul tarixinə qədər təkrar imtahanda iştirak etmək üçün müraciətlər qeydə alınacaq.

C.Valehovun sözlərinə görə, müəllimlərin işə qəbulu imtahanında iştirak etmək üçün 60 minə yaxın müəllim namizədin müraciəti qeydə alınıb. Onlardan 35 min nəfər imtahan prosesində iştirak edib.

Qeyd edək ki, 12 iyul tarixində ibtidai sinif, 23 və 26 iyul tarixlərində Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə keçirilmiş seanslarda istifadə edilən test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib. Həmin tarixlərdə imtahanlarda iştirak etmiş namizədlər üçün təkrar imtahan imkanı yaradılacaq.

Aytən Zəhra
Azvision.az



Teqlər: Müəllim  





Xəbər lenti