Türkiyə və Pakistan rəsmiləri Yuxarı Gövhərağa məscidində

   Türkiyə və Pakistan rəsmiləri Yuxarı Gövhərağa məscidində
  29 İyul 2021    Oxunub:682
Şuşada səfərdə olan Türkiyə və Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri iyulun 29-da Yuxarı Gövhərağa məscidində olublar.
Azvision.az xəbər verir ki, qonaqlara məscidin tarixi, işğal dövründə ermənilərin burada törətdiyi dağıntılar, eyni zamanda, Şuşanın azad edilməsindən sonra ibadət ocağında aparılan təmir-bərpa işləri barədə məlumat verilib.

Nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıb, dua ediblər.

Xatırladaq ki, parlamentarilər Şuşadan sonra Füzuliyə səfər edəcək, 30 ilə yaxın erməni işğalı altında qalan rayonda erməni vandalizminin izləri ilə tanış olacaqlar.

Azvision.az



Teqlər: Türkiyə   Pakistan  





Xəbər lenti