Piyadanı öldürüb qaçan sürücü tapıldı

Piyadanı öldürüb qaçan sürücü tapıldı
  29 İyul 2021    Oxunub:674
Bakıda yol nəqliyyat hadisəsi törədən şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Qala qəsəbəsi ərazisində Xəzər Həsənovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Kia” markalı avtomobillə törədildiyi məlum olub.

Müəyyən edilmiş və həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini R.Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Azvision.az



Teqlər: DYP  





Xəbər lenti