Baş Prokurorluğun əməkdaşları təlimdə iştirak ediblər

  30 İyul 2021    Oxunub :480
Baş Prokurorluğun əməkdaşları təlimdə iştirak ediblər
Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları beynəlxalq treninqə qatılıblar.
Azvision.az Baş Prokurorluğun saytına istinadla xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyi və Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya idarəsinin birgə təşkilatçılığı ilə iyulun 29-30-da İstanbulda keçirilən sosial media üzrə təlim proqramında Azərbaycandan Baş Prokurorluğun mətbuat xidmətinin və digər dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.

Azvision.az

Teqlər: Təlim   İstanbul  







Xəbər lenti