ANAMA-nın iki gözünü itirən əməkdaşının görmə qabiliyyəti bərpa olundu

 ANAMA-nın iki gözünü itirən əməkdaşının görmə qabiliyyəti bərpa olundu
  31 İyul 2021    Oxunub:1522
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaya düşən və iki gözünü itirən ANAMA əməkdaşı Elməddin Mirzəyevin görməsi bərpa edilib.
Azvision.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, VitreoRetinal göz cərrahı Tural Qəlbinur öz "Facebook" hesabında məlumat yayıb. O bildirib ki, E.Mirzəyevin görməsi üçün gözündə çoxlu əməliyyatlar icra olunub:

"ANAMA-da çalışan Elməddin müharibə sonrası mina axtararkən ağır yaralanıb. Çoxsaylı qəlpə yarası ilə bir ayağını və 2 gözünü itirib. Gəncədə əməliyyat olunaraq, 1 ayağı kəsilib və 1 gözü xaric olunub, digər gözü ilkin yardım göstərilərək, ümidsiz şəkildə (digər gözünə lazım olan yardımı etdiyi üçün Dr. Fuada çox təşəkkür edirəm) bizə göndərilib. Elməddin ağır yaralı olduğundan, onu yalnız yataqda müayinə etmək mümkün idi. Amma ümidimiz çox az idi. Çoxmərhələli əməliyyat qaçılmaz oldu. Gözün həm ön, həm arxa hissəsində əziz həmkarım Xəlil Hüseynovla bərabər 3 uğurlu cərrahi əməliyyat keçirdik. Bu gün Elməddin görür. Bunun bəxş etdiyi xoşbəxtlik qiymətsizdir".





Azvision.az



Teqlər: Göz   Mina  





Xəbər lenti