Müəllimlər üçün keçiriləcək təkrar imtahanların tarixi açıqlandı

  31 İyul 2021    Oxunub :636
Müəllimlər üçün keçiriləcək təkrar imtahanların tarixi açıqlandı
2021-2022-ci tədris ili üçün müəllimlərin işi qəbulu (MİQ) müsabiqəsi üzrə keçiriləcək təkrar test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Avqustun 3-də Azərbaycan dili və ədəbiyyat, avqustun 4-də isə ibtidai sinif üzrə imtahanların təşkili nəzərdə tutulub.

Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib.

Azvision.az

Teqlər: Müəllim   İmtahan  







Xəbər lenti