Bakıda 546 küçə dezinfeksiya edilib

   Bakıda 546 küçə dezinfeksiya edilib
  31 İyul 2021    Oxunub:804
Bu gün paytaxtda geniş daxili iməcilik və gücləndirilmiş dezinfeksiya tədbirləri keçirilib.
Bu barədə Azvision.az -a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib. Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən işlər zamanı 546 küçə dezinfeksiya olunub.

Eyni zamanda prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin, ağac və yaşıllıq zolaqlarının yuyulması həyata keçirilib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib.

Azvision.az


Teqlər: Bakı  





Xəbər lenti