"Ağdamın mənzərəsindən dəhşətə gəldik" - İspaniyalı jurnalist

  31 İyul 2021    Oxunub :736
"Ağdamın mənzərəsindən dəhşətə gəldik" -  İspaniyalı jurnalist
Ağdamda hər şey məhv edilib. Binalar dağıdılıb. Bura sanki ruhlar şəhəridir.
Azvision.az xəbər verir ki, bu fikirləri Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfər edən İspaniya Dövlət Radiosunun jurnalisti Viktoriano Paredes Navarro deyib.

Belə mənzərənin müharibənin dəhşətindən xəbər verdiyini vurğulayan jurnalist əlavə edib: “Biz dram teatrını və dağıdılmış məscidləri gördük. Burada yerləşən Qiyaslı məscidinin tavanı belə yoxdur. Bu cür mənzərə insana mənfi təsir bağışlayır”.

Azvision.az

Teqlər: Ağdam  







Xəbər lenti