Türkiyədə 112 yanğından 107-si nəzarətə götürülüb

Türkiyədə 112 yanğından 107-si nəzarətə götürülüb
  01 Avqust 2021    Oxunub:1962
28 iyul -1 avqust tarixlərində Türkiyədə baş verən 112 yanğının 107-si nəzarət altına alınıb.
Azvision.az xəbər verir ki, Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün twitter səhifəsində bu barədə yazıb.



Nazir Antalyanın Manavqat rayonu və Gündoğmuş qəsəbəsində 2, Muğlanın Marmaris, Milas rayonlarında və Göyçeğiz qəsəbəsində 3, ümumilikdə 5 yanğının nəzarətə alınması üçün fasiləsiz fəaliyyətlərin davam etdiyini qeyd edib.

Azvision.az


Teqlər: Türkiyə   Yanğın   FHN  





Xəbər lenti