Azərbaycanda son sutkada 671 yoluxma qeydə alınıb

   Azərbaycanda son sutkada 671 yoluxma qeydə alınıb
  01 Avqust 2021    Oxunub:875
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib. 6 365 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 400, bu günə qədər isə ümumilikdə 4 043 740 test icra olunub.

Azvision.az



Teqlər: Yoluxma  





Xəbər lenti