Kəlbəcərdə ordumuza məxsus “Ural”ın vurulması yalandır - MN

   Kəlbəcərdə ordumuza məxsus “Ural”ın vurulması yalandır -    MN
  02 Avqust 2021    Oxunub:786
Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus “Ural” markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.

Azvision.az



Teqlər: Kəlbəcər   ordu  





Xəbər lenti