Vüsal Hüseynov Nazirlər Kabinetinin qərarını şərh edib

   Vüsal Hüseynov Nazirlər Kabinetinin qərarını şərh edib
  03 Avqust 2021    Oxunub:926
"5 avqustdan etibarən daha 20 ölkənin (Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Yunanıstan) vətəndaşı, bu ölkələrədə daimi yaşayan şəxslər və vətəndaşlığı olmayan şəxslər hava yolu ilə Azərbaycana giriş-çıxış edə biləcəklər".
Azvision.az -ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Facebook" səhifəsində bildirib. Onun sözlərinə görə, bu halda yaşı 18-dən yuxarı olan şəxslər COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini, 1–18 yaş arasında olan şəxslər isə yalnız müvafiq test nəticəsini təqdim etməlidir.

Qeyd edək ki, ötən gün Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.

Azvision.az


Teqlər: DMX  





Xəbər lenti