Milli Məclisdə Eldəniz Səlimovun məsələsi müzakirə olunur

   Milli Məclisdə Eldəniz Səlimovun məsələsi müzakirə olunur
  03 Avqust 2021    Oxunub:1311
bu gün Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir.
Azvision.az xəbər verir ki, növbədənkənar sessiyanın çağırılması ilə bağlı qərar Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı əsasında verilib. Sahibə Qafarova iyulun 31-də parlamentin 53 deputatının tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən sərəncam imzalayıb.

Növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinin İntizam komissiyası iyulun 2-də keçirilən iclasında Baş prokuror Kamran Əliyevin təqdimatı əsasında deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib. Məsələ müzakirə olunmaq üçün plenar iclasa tövsiyə edilib.

Deputat toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Azvision.az



Teqlər: MilliMəclis   EldənizSəlimov  





Xəbər lenti