Cəlilabadda "patı" satanlar saxlanılıb

Cəlilabadda "patı" satanlar saxlanılıb
  03 Avqust 2021    Oxunub:933
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Z.Ağayev və V.Qurbanov saxlanılıblar.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti