"Deputatın bu hərəkəti Milli Məclisin nüfuzuna xələl gətirir" - Komissiya sədri

   "Deputatın bu hərəkəti Milli Məclisin nüfuzuna xələl gətirir" -    Komissiya sədri
  03 Avqust 2021    Oxunub:996
"Avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirildi. Müzakirələr çox ciddi keçdi və komissiya üzvlərinin əksəriyyəti öz fikirlərini bildirdilər. Deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə kifayət qədər əsas var".
Azvision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi ilə bağlı parlamentin avqustun 3-də keçirilən plenar iclasında deyib.

Eldar İbrahimov qeyd edib ki, deputatın bu hərəkəti təəssüf doğurur və Milli Məclisin nüfuzuna xələl gətirən bir hadisədir: "Bundan ibrət götürülməlidir".

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti