“İnfiniti” və “Extra” gecə klublarının rəhbərləri həbs edilib - FOTO

“İnfiniti” və “Extra” gecə klublarının rəhbərləri həbs edilib -    FOTO
  03 Avqust 2021    Oxunub:962
Bakının Nərimanov rayonunda “İnfiniti” və “Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunub.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Azvision.az - a verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə həmin gecə klublarının rəhbərliyi müəyyən olunaraq saxlanılıb.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

“İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser, “Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər.

Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.







Azvision.az



Teqlər:





Xəbər lenti