Spiker: "Sizi kabinetimdə 10 dəqiqəlik səsə qulaq asmağa dəvət edəcəyəm”

      Spiker:    "Sizi kabinetimdə 10 dəqiqəlik səsə qulaq asmağa dəvət edəcəyəm”
  03 Avqust 2021    Oxunub:1579
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimlinin həmkarına dəstək çıxışı spiker Sahibə Qafarovanı əsəbiləşdirib.

Azvision.az xəbər verir ki, Milli Məclisdə bu gün Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi haqqında layihənin müzakirəsi zamanı deputat Tahir Kərimli bu gün hər kəsin içində kədər olduğunu bildirib:
“Bu onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burda hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb. Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək rayonlara gedəndə polis bizə hərbi salam verdirdi, indi bizmi onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq".

Milli Məclisin sədri Sahibə Qafarova deputata sərt reaksiya verib. O bildirib ki, deputatın yiyəsi xalqdır: “Şəxsən mən sizi iclasdan sonra kabinetimə dəvət edəcəm. Siz 10 dəqiqəlik səsə qulaq asmağa məcbur edəcəm. Mən özüm kabinetdən çıxacam siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”.

Azvision.az



Teqlər: MilliMəclis  





Xəbər lenti