Koronavirusa yoluxanların sayı 199 milyonu keçdi

   Koronavirusa yoluxanların sayı 199 milyonu keçdi
  03 Avqust 2021    Oxunub:671
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 199 milyon 700 min 552 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 4 milyon 251 min 951 nəfərdir. İndiyədək 180 milyon 174 min 927 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 35 895 980 nəfər virusa yoluxub, 629 862 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 31 726 507 nəfərdə virus aşkar edilib. Xəstələrdən 425 228 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 19 953 501 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 557 359 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 6 334195 yoluxma, 160 925 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Fransada 6 151 803 nəfər virusa yoluxub ki, onlardan 111 936-sı dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti