"Referendum və ya hansısa seçkiyə hazırlıq getmir" - Hökumətdəki mənbə

"Referendum və ya hansısa seçkiyə hazırlıq getmir" -    Hökumətdəki mənbə
  03 Avqust 2021    Oxunub:1374
Son günlər bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycanda bu ilin payızında referendum keçiriləcəyi, bunun ardınca isə parlamentin buraxılacağı barədə məlumatlar yayılıb.
Hökumətdəki mənbələrdən Azvision.az -a bildirilib ki, ölkədə referendum və yaxud hansısa seçkinin keçirilməsinə hazırda heç bir hazırlıq getmir, bu məlumat həqiqəti əks etdirmir.

Hakim Yeni Azərbaycan Partiyasından da deyilib ki, hazırda partiyada hər hansı referendum və seçkinin keçirilməsi məsələsi müzakirə olunmur.

Qeyd edək ki, millət vəkilləri, o cümlədən YAP-ı təmsil edən deputatlar da ölkədə referendum keçirilməsinə və parlamentin buraxılacağına dair məlumatları təksib edən açıqlamalarla çıxış edirlər.

Azvision.az



Teqlər: Referendum  





Xəbər lenti