Bəzi ölkələrdə təhlükəli bitki virusu yayılıb

Bəzi ölkələrdə təhlükəli bitki virusu yayılıb
  03 Avqust 2021    Oxunub:734
"Hazırda Almaniya, Hollandiya, İspanya, Belçika kimi ölkələrdə, o cümlədən Türkiyədə kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan virus geniş yayılıb. Bu virus əsasən pomidora zərər versə də, badımcan, bibər, tütün kimi digər bitkilərə də ciddi ziyan vura bilir".
Azvision.az -ın məlumatına görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Balarəhim Quliyev bildirib. Onun sözlərinə görə, virus insan orqanizminə mənfi təsir göstərməsə də, kənd təsərrüfatı məhsullarına vurduğu zərər hətta 40-80 faiz həcmində ölçülə bilir. Virusun təsiri nəticəsində məhsulların əmtəəlik nüfuzu son dərəcə pozulduğundan onlar artıq istehlak üçün yararsız məhsul sayılır:

“Bu səbəbdən virusun iqtisadi zərəri çox böyük həcmlərlə ölçülür. Hazırda bu virusla mübarizə üsulu yoxdur, yəni əgər təsərrüfat yoluxubsa, onu sağlamlaşdırmağın hər hansı metodu yoxdur. Burada yalnız bir yol qalır, həmin təsərrüfatda bütün bitkilər məhv olunur, yandırılır və basdırılır. Həmin təsərrüfat dezinfeksiya olunur. Ən azından 2-3 il müddətində həmin torpaqda hər hansı bitkinin becərilməsi həyata keçirilməməlidir. Ona görə də həm vurulan ziyan, həm də sonrakı illərdə təsərrüfatın istifadə olunmaması baxımından virusun iqtisadi zərəri çox böyük zərərlərlə ölçülür”.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti