Əhməd İsmayılov Əl-Cəzirənin nümayəndəsi ilə görüşüb

Əhməd İsmayılov Əl-Cəzirənin nümayəndəsi ilə görüşüb
  03 Avqust 2021    Oxunub:673
Medianın İnkişafı Agentliyində Azərbaycanda səfərdə olan Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru Sami Əl-Hacc ilə görüş keçirilib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qonağa qurumun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

O, Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzivə Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Əl Cəzirə Media Şəbəkəsinin Azərbaycan Media nümayəndələri üçün “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda keçirilən təlim proqramının əhəmiyyətini qeyd edib.

Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru Sami Əl – Hacc isə əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verdiyini bildirib.

Azvision.az


Teqlər: MEDİA  





Xəbər lenti