Hirkan Milli Parkı ilə sərhəddə yanğın başlayıb

   Hirkan Milli Parkı ilə sərhəddə yanğın başlayıb
  03 Avqust 2021    Oxunub:1518
Lənkəranda baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Azvision.az xəbər verir ki, Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın hadisəsi baş verib.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Azvision.az


Teqlər: Hirkan   Yanğın  





Xəbər lenti