Marmarisdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb - FHN

Marmarisdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb -    FHN
  03 Avqust 2021    Oxunub:1207
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirirlər.
FHN-dən Azvision.az -a bildirilib ki, artıq bir neçə gündür Türkiyə Respublikasının meşə yanğınlarının ciddi vüsət aldığı bölgələrindən olan Marmaris ərazisində fəaliyyət göstərən yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb. Hazırda FHN-in yanğınsöndürmə qüvvələri yanğın ocaqlarının söndürülməsi üçün əməliyyat şəraitinə uyğun olaraq lazımi tədbirləri davam etdirirlər.



Qeyd edək ki, Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi altında Nazirliyin Marmaris bölgəsində olan yanğın-xilasetmə qüvvələrinin koordinasiyalı idarəetməsi təşkil olunub. Ölkə başçısının tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə yola salınmış ikinci yanğın-xilasetmə qrupu isə sabah yanğınların söndürülməsi əməliyyatlarına başlayacaq.







Azvision.az


Teqlər:





Xəbər lenti