"Zəfər yolu"nun istifadə tarixi açıqlandı

 "Zəfər yolu"nun istifadə tarixi açıqlandı
  06 Avqust 2021    Oxunub:3047
"Zəfər yolu"nun sentyabrın axırı-oktrabrın əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101.9 km-dir, 2 hərəkət zolaqdan ibarət olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinqdə bildirib. O bildirib ki, Şuşa şəhərinə 2-ci avtomobil yolu, I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən başlayır.

“Bu yolun uzunluğu 81.6 km, 4-6 hərəkət zolaqlı olacaq. Yol üzərində körpü və tunellər tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və “Zəfər Yolu” ilə müqayisədə 20.3 km qısa olacaq. 2-ci yolun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulub".

Aytən Zəhra
Azvision.az




Teqlər: Zəfəryolu  



Xəbər lenti